Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cəlilabadda -ər arvadını dəmir alətlə vurub öldürdü

Cəlilabadda ər arvadını dəmir alətlə vurub öldürdü
Yanvarın 22-də saat 14 radələrində Cəlilabad rayonu, Uzuntəpə kənd sakini 1967-ci il təvəllüdlü Mirzəyeva Yemən Əlisahib qızının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Yenixeber.org: Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər təxirəsalınmaz hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1969-cu il təvəllüdlü Mirzəyev Qədirağa Ağasən oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı dəmir alətlə Yemən Mirzəyevanın baş nahiyəsinə xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Qədirağa Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam