Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Rusiya və Ukraynada rekord ölüm -Kiyevdə iki həftə tətil elan olunub

Rusiyada son 24 saat ərzində koronavirusdan rekord ölüm qeydə alınıb – 1106 nəfər. Rəsmi qurumlar 36 min 446 yeni yoluxmanın aşkarlandığını deyirlər. Bir gün öncə bu rəqəm 37 min 930 idi.

Yenixeber.org: Noyabrın ilk həftəsi Rusiyada qeyri-iş günləri olacaq. Moskva isə oktyabrın 28-dən qismən lokdauna gedir. Yalnız apteklər və supermarketlər işləyəcək. Rəsmi qurumlar ölüm və yoluxmaların artmasını vaksinasiya səviyyəsinin zəifliyi ilə izah edirlər. Prezident Vladimir Putin peyvənd vurduranlara iki gün ödənişli istirahət verməyi əmr edib.

Ukraynada isə son 24 saat ərzində koronavirusdan 734 nəfər vəfat edib. Rəsmi orqanlar məlumatı oktyabrın 26-da yayıb. Son yoluxma sayı 19 mindən çoxdur. İndiyədək Ukraynada koronavirusa 2.8 milyon yoluxma, 65 minə yaxın ölüm aşkarlanıb. Oktyabrın 22-dən yoluxma səviyyəsi yüksək olan ərazilərdə, o cümlədən paytaxt Kiyevdə məktəblər bağlanıb, iki həftəlik tətil elan olunub.

Hökumət bəzi qadağalar da tətbiq edib. Artıq paytaxtda ictimai nəqliyyatda vaksin sertifikatı, yaxud mənfi test nəticəsi tələb olunur.

Ölkənin 41 milyonluq əhalisindən 6.8 milyonu tam peyvəndlənib.

Birləşmiş Ştatlarda COVID-19-a yoluxmaların azalmasına baxmayaraq, bir çox səhiyyə rəsmiləri yoluxma səviyyəsini azaltmaqdan ötrü azyaşlılara peyvənd vurulmasını vacib sayırlar.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam