Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kreml Ermənistan mətbuatını təkzib edib: -Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq

Kreml Ermənistan mətbuatını təkzib edib: Putin-Paşinyan görüşündə hər hansı sənəd imzalanmayacaq

 

Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan iyulun 7-də Moskvada Dağlıq Qarabağ ətrafında məsələni müzakirə edəcəklər.

Yenixeber.org: Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bununla belə, o, tərəflər arasında hər hansı sənədin imzalanmasının nəzərdə tutulmadığını deyib.

Jurnalistlərin liderlərin görüş zamanı Rusiya sülhməramlılarının Ermənistan sərhədində yerləşdirilməsi variantlara baxacağı və müvafiq sənəd imzalayacağı barədə Ermənistan KİV-ində gedən məlumatları şərh etməsi xahişinə cavab olaraq Kremlin sözçüsü bu informasiyaların həqiqətə uyğun olmadığını bəyan edib.

“Əlbəttə, görüşdə Qarabağ da, orada yerləşdirilmiş Rusiya hərbçiləri də, bütövlükdə ikitərəfli münasibətlər də müzakirə olunacaq. Lakin hansısa sənədin imzalanması planlaşdırılmır”, - deyə o vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam