2020-ci ildə Azərbaycan 125 min ton neft bitumu ixrac edib.
Yenixeber.org: Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat verir.
Bu göstərici 2019-cu illə müqayisədə 10,4 dəfə çoxdur:
"Məlum olduğu kimi, son onillikdə bitum istehsalı əsasən daxili bazarın tələbatına yönəlmişdi. 2019-cu ildə yeni bitum qurğusunun işə salınması ilə Azərbaycan yenidən bu məhsulun ixracına başlayıb".
Qeyd edək ki, 2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 347,1 min ton neft bitumu istehsal edilib. Bu, 2019-cu illə müqayisədə 51,5 faiz çox olub.