Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

İllərdir Azərbaycanda günəş panelləri var, amma işləmir -VİDEO + Nazirlikdən AÇIQLAMA

Sosial şəbəkələrdə Sumqayıt Günəş Elektrik Stansiyasında quraşdırılan günəş panellərinin fəaliyyətsizliyini əks etdirən kadrlar yayılıb. Kadrlarda avadanlıqların baxımsızlığı və enerjinin ötürüldüyü naqillərin kəsilməsi diqqət çəkib.
Yenixeber.org: Kadrları lentə alan şəxs günəş panelərinin heç birinin şəbəkəyə qoşulmadığını və bunun üçün istifadə olunan məftillərin kəsildiyini bildirib.

Sözügedən kadrları təqdim edirik:

Məsələ ilə bağlı Energetika Nazirliyindən bildirildi ki, Sumqayıt GES də daxil olmaqla bir neçə belə stansiyanı Prezidentin 22 sentyabr 2020-ci il tarixli Fərmanı ilə yaradılan Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən təhvil alıb:
“Təhvil alınandan etibarən ilk növbədə qeyd olunan stansiyalarda texniki müayinə və təhlil işləri aparılmış, onların layihə gücünə çatdırılaraq normal fəaliyyətinin təmin olunması üçün tələb olunan işlər müəyyənləşdirilmişdir.
Bir sıra stansiyalarda daxili imkanlar hesabına təmir işləri həyata keçirilmişdir. Eyni zamanda, stansiyaların layihə gücünə uyğun istismar edilməsi, onların səmərəliliyinin artırılması məqsədi ilə hal-hazırda dövlət-özəl tərəfdaşlığı və ya digər biznes modellər əsasında özəl investisiyaların cəlbi Agentliyin əsas fəaliyyət istiqamətlərindən hesab olunur. Hazırda ən səmərəli biznes modelin tətbiqi üzrə özəl sektorla müvafiq müzakirələr aparılmaqdadır.
Hazırda müxtəlif bərpa olunan enerji stansiyaları Agentliyin tabeliyindəki "Azalternativenerji" MMC tərəfindən istismar olunur və əldə olunan elektrik enerjisi şəbəkəyə ötürülür”.
Nazirlikdən bildirilib ki, Sumqayıt GES Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən qabaq fəaliyyət göstərmiş Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində olub və təhvil alınanda fəaliyyətdə olmayıb:
“Əldə olan məlumata əsasən, daha əvvəl də fəaliyyətdə olmayıb”.
Energetika Nazirliyindən naqillərin kəsilməsini əks etdirən kadrlarla bağlı hər hansı açıqlama almaq mümkün olmadı. Həmçinin, sözügedən GES-də ilk günəş panellərinin hansı tarixdə quraşdırılması və son quraşdırmanın tarixi ilə bağlı suallarımız da cavabsız qaldı.
Qeyd edək ki, yerli mətbuat orqanlarında Sumqayıt GES-də hələ 7 il əvvəl günəş panellərinin quraşdırılması barədə məlumat və fotolar dərc olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam