Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub-Faktiki hava

Şahdağda qar örtüyünün hündürlüyü 8 sm olub

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Yenixeber.org: Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 7-si saat 12:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağış, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub, dağlıq ərazilərdə qar yağıb, yağan leysan yağışlar nəticəsində çaylarda sululuq artmışdır.

Düşən yağışın miqdarı Zaqatala, Astarada 30.0 mm, Lerikdə 26.0 mm, Vəlvələçay-Təngəaltı, Balakən, Ağstafada 21.0 mm, Tovuzda 20.0 mm, Quba, Qusarda 19.0 mm, Oğuzda 17.0 mm, Şəki, Kişçayda (Şəki) 16.0 mm, Yardımlıda 15.0 mm, Altıağacda 14.0 mm, Nabranda 13.0 mm, Şabranda 11.0 mm, Sarıbaşda (Qax) 10.0 mm, Qəbələdə 9.0 mm, Gədəbəydə 7.0 mm, Girdimançay-Qaranohur, Xaltan, Cəfərxan, Şəmkir, Şirvan, İsmayıllı, Ağsu, Cəfərxan, Ceyrançöldə 6.0 mm, Xınalıq, Ləzə, Lənkəranda 5.0 mm, Göygöl, Beyləqan, İmişli, Xaçmazda 4.0 mm, Şahdağ, Ağdərə (Ordubad), Sabirabad, Daşkəsəndə 3.0 mm, Qrız, Gəncə, Ağdam, Göyçay, Tərtər,Zərdabda 2.0 mm, Naxçıvan, Şərur, Sədərək, Bərdə, Mingəçevir, Salyan, Yevlax, Kürdəmir, Neftçala, Biləsuvar, Naftalan, Qazıməmməd, Bakıda 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 4 sm, Qrızda 2 sm, Ləzədə 1 sm olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam