Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Daşkəsəndə qarın hündürlüyü 16 sm-ə çatıb - FAKTİKİ HAVA

 

Azərbaycan müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, dekabrın 5-i ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Lənkəranda 24 mm, Astarada 19 mm, Oğuzda 13 mm, Kişçayda 12 mm, Şəkidə 11, Daşkəsəndə 10 mm, Göygöldə 9 mm, Mingəçevirdə 8 mm, Qəbələ, Gədəbəy, Yardımlıda 7 mm, Quba, Sarıbaş, Ağsuda 6 mm, Tərtər, Naftalanda 5 mm, Naxçıvan, Şahbuz, Gəncə, Zaqatala, İsmayıllı, Qusar, Bərdə, Lerik, Sədərəkdə 4 mm, Şərur, Ordubad, Ağdərə, Xaltan 3 mm, Bakı, Şabranda 2 mm, Maştağa, Zabrat, Şəmkir, Tovuz, Ağdam, Balakən, Mərəzə, Altıağac, Qırız, Göyçay, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Biləsuvar, Neftçala, Nabranda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Daşkəsəndə 16 sm, Sarıbaşda 11 sm, Göygöldə 7 sm, Ağdərədə 6 sm, Qırızda 5 sm, Xaltanda 2 sm, Qusar, Altıağacda 1 sm olub.

Şimal-qərb küləyi arabir Naftalan, Mərəzə, Neftçalada 20 m/s, Xaçmazda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17-22 m/s, bəzi yerlərdə arabir 25 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5,2 m olub.

Ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti dekabrın 6-dək davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam