Redaktor seçimi
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Günün xəbəri

Azərbaycana qar və yağış yağıb - FAKTİKİ HAVA


Ölkə ərazisində faktiki hava açıqlanıb.
Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, martın 17-si gündüzədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb, bununla qar örtüyü əmələ gəlib.
Düşən yağıntının miqdarı Bakıda 0.4, Sumqayıtda 0.3, Zabrat, Maştağada  0.1, Astara, Lənkəranda 9, Yardımlıda 4, Biləsuvar, Lerikdə 1, Balakəndə 34, Zaqatalada 31, Sarıbaşda (Qax) 26, Şəkidə 21, Qəbələdə 19, Oğuzda 16, Kişçayda (Şəki) 13, Şamaxıda 8, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Qrız, Xınalıqda 2, Xaçmaz, Şahdağda 1, Mingəçevirdə 12, Göyçayda 8, Kürdəmirdə 7, Bərdədə 6, Yevlaxda 4, Zərdab, Beyləqanda 3, Sabirabadda 2, Ceyrançöl, Cəfərxan, Ağsu, Qazıməmməddə 1, Ağdam, Gəncə, Tərtər, Naftalanda 6, Şəmkirdə 3, Tovuzda 2, Göygöldə 14, Daşkəsən, Gədəbəydə 12, Sədərəkdə 5, Naxçıvanda 4, Şahbuz, Ağdərədə 3, Şərur, Ordubadda 1 mm olub.

Sumqayıt, Göygöl, Naftalan, Qrız, Tərtər, Bərdə, Qəbələ, Göyçay, Lerikdə duman  müşahidə olunub.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 15, Daşkəsəndə 14, Şahdağda 9, Xınalıqda 6, Göygöldə 3, Gədəbəydə 2, Altıağac, Xaltan, Kişçayda (Şəki) 1 sm-ə çatıb.

Şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Maştağa və Naftalanda 30 m/s, Bakıda 29 m/s, Neftçalada 26 m/s, Salyanda 25 m/s, Pirallahı və Sumqayıtda 24 m/s, Tərtər, Ələt, Gəncə və Tovuzda 18 m/s, Xaçmazda 16 m/s, Ağstafa və Zabratda 20 m/s, Çilov adası və Neft Daşlarında 25 m/s-dək güclənib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam