Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saakaşvilinin Gürcüstana qayıtması üçün yaradılan hərəkat üzlərinin sayı 100 mini ötdü

12 gün ərzində təxminən 104 min insan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin vətənə qayıtmasını asanlaşdırmaq üçün yaradılan hərəkata üzv olub. 
Yenixeber.org: Bu barədə hərəkatın təşkilatçısı, "Qanun və Ədalət” partiyasının sədri, millət vəkili Tako Çarkviani məlumat verib.
Çarkviani hesab edir ki, qeydiyyatdan keçənlərin ən azı yarısı keçmiş dövlət başçısı ilə şəxsən görüşə gələcək. 
O, Daxili İşlər naziri Vaxtanq Qomelauri ilə görüşməyi və danışmağı planlaşdırdığını deyib: "Dinc bir görüşə hazırlaşırıq. Təyyarənin sülh yolu ilə yerə enməsini istəyirik” 
Gürcüstan vətəndaşlığından məhrum ediləm Ukrayna İslahatlar Şurasının hazırkı rəhbəri Mixail Saakaşvili daha əvvəl oktyabrın 2-də keçiriləcək yerli seçkilər üçün vətəninə qayıtmaq niyyətində olduğunu bildirib. Lakin onun Tbilisiyə gəldikdən dərhal sonra həbs olunma ehtimalı yüksəkdir, çünki Gürcüstanda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunur və daxili axtarışa verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam