Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Saakaşvili geri çəkilmək fikrində deyil-"Eybi yox, bir az da dözərəm"

 

Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti Mixail Saakaşvilinin Ukraynaya gəlişi üçün heç bir qanuni əsas olmadığı barədə bəyanat yayıb.

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bəyanatda deyilir: “Həmin şəxs 2017-ci ilin sentyabr ayında qanunsuz şəkildə Polşadan Ukrayna sərhədinə keçib. Yerli və apellyasiya məhkəmələrinin çıxardığı qərarlar da bu faktı təsdiq edir”.

Xidmətdən bildiriblər ki, yuxarıda qeyd olunan qanun pozuntusu ilə əlaqədar Saakaşvilinin Ukraynaya girişinə 2021-ci ilə kimi məhdudiyyət qoyulub.

M.Saakaşvili buna öz “Facebook” səhifəsində reaksiya verib. O, geri çəkilmək fikrində olmadığını və gözləməyə hazır olduğunu bildirib.

“Poroşenkonun prezident vəzifəsində olduğu müddətdə Dövlət Sərhəd Xidmətindən başqa cavab gözləmirdim. Eybi yox, aylardır gözləyirəm, bir az da səbr edərəm”, - deyə o yazıb.

Xatırladaq ki, Gürcüstanın keçmiş prezidenti və Odessanın sabiq qubernatoru M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib. Ölkəsində ona qarşı bır sıra cinayət işləri açılıb. Bəzi işlər üzrə qiyabi olaraq həbs cəzalarına məhkum edilib.

2015-ci ildə Ukraynadakı siyasi proseslərə qoşulub. Odessa vilayətinin qubernatoru olub. Ancaq cəmi bir il sonra, 2016-cı ildə tutduğu vəzifədən azad edilib. 2017-ci ilin iyul ayında isə Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunub.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam