Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

““S-400”-ə görə ABŞ-la qarşıdurmaya dəyərdi” -Türkiyə Prezidenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan “S-400” zenit raket komplekslərinin alınmasının səbəblərini açıqlayıb.

Yenixeber.org: Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində “New York Times”ə müsahibəsində bildirib ki, əgər ABŞ “Patriot” sistemini satsaydı, Türkiyə Rusiyadan “S-400”-ləri almaq məcburiyyətində qalmayacaqdı.

O, həm NATO Baş katibi Yens Stoltenberq, həm də sabiq ABŞ Prezidenti Donald Trampın Türkiyənin silah tədarükçülərini seçmək hüququnu tanıdıqlarını xatırladıb.

“Rusiyadan “S-400”-lərin alınmasına görə ABŞ-la qarşıdurmaya dəyərdi?” sualına isə Ərdoğan belə cavab verib: “Məncə buna dəyərdi. İstədiyimiz kimi müdafiəmizi gücləndirə bilərik”.

Ərdoğan Türkiyə-ABŞ münasibətlərinin əhəmiyyətinə toxunub. O qeyd edib ki, ölkəsinin ABŞ-la uzun illərə söykənən əlaqələrinin qorunması və gücləndirilməsi lazımdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam