Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Belarusda referendum keçiriləcək-yeni konstitusiya hazırlanır

Belarus prezidenti Aleksandr Lukaşenko hesab edir ki, belarusluların əksəriyyəti qanunvericilikdə ölüm cəzasının saxlanılmasının tərəfdarıdır. O, bu barədə Minskdə konstitusiya komissiyasının iclasında bəyan edib.

Yenixeber.org: Belarusda yeni konstitusiya hazırlanır və 2022-ci ilin fevral ayından gec olmayaraq Konstitusiya referendumu keçiriləcək.

Konstitusiya komissiyasının yekdil fikirdə olmadığı və bunu prezident səviyyəsinə qaldırmağa qərara aldığı mübahisəli məsələlərdən biri də ölkədə ölüm cəzasının tətbiqi təcrübəsinin qorunması və ya ləğv edilməsi məsələsi olub.

“Əgər biz indi bu məsələni qaldırsaq… Yenə də düşünürəm ki, əksəriyyət ölüm cəzasının saxlanılmasının tərəfdarı çıxacaq”, - deyə 67 yaşlı siyasətçi vurğulayıb.

Eyni zamanda, Belarus Prezidenti müvafiq məsələnin ayrıca referenduma çıxarılması barədə fikirlə razılaşdığını ifadə edib.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı (Aİ) uzun illərdir Belarusdan ölüm cəzasının tətbiqini dayandırmağı tələb edir.("Sputnik Belarus")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam