Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rəsmi Yerevan separatçıların -Paşinyana məktubunu ermənilərdən gizlədib

Rəsmi Yerevan separatçıların Paşinyana məktubunu ermənilərdən gizlədib

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindəki separatçıların başçısı Araik Arutyunyan Ermənistandan da hərbi əməliyyatların dayandırılmasını istəyib.

Yenixeber.org:  Bu barədə “Qraparak” məqalə yayıb.

Bildirilib ki, Arutyunyanın müraciəti Ermənistanda “hərbi vətənsevərlik nağılları danışanların üstünə soyuq su səpib”. Məqaləyə əsasən, separatçıların başçısı bununla da reallığı qəbul etməyə çağırıb.

Oktyabrın 23-də Araik müraciət edərək atəşkəs rejiminin tətbiqində Rusiya Prezidenti Vladimir Putindən yardım istəmişdi. Müəllif iddia edib ki, işi çətinə düşən Arutyunyan Rusiya prezidentindən yardım istəyir: “Ancaq dinc vaxtlarda o, Rusiyanın “persona non-qrata” (“arzuedilməz şəxs”) elan etdiyi Masis Mailyan və Samvel Babayanı “vəzifə"yə təyin etmişdi. Bu baxımdan Araikin Rusiya prezidentinə müraciəti təzadlıdır”.

Məqalə müəllifi yazıb ki, Araik Ermənistanın baş naziri Nikol Paşinyana da oxşar məzmunda məktub ünvanlayıb. O, Paşinyandan reallığı qəbul edərək təcili atəşkəsə nail olmağı və danışıqlar masasına oturmasını istəyib. Ancaq bu məktub barədə rəsmi Yerevan məlumat yaymayaraq gizlədib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam