Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Separatçıların lideri yeni müharibəni anons edir?

Yenixeber.org: Bu gün Qarabağ separatçılarının lideri Araik Arutyunyan hay-küylü və təxribatçı bəyanatla çıxış edərək 10 noyabr tarixli üçtərəfli bəyanatın pozulacağı və Qarabağdakı hərbi münaqişənin yenidən başlayacağı ilə hədələyib.

Belə ki, o, çərşənbə günü günorta öz müraciətində Qarabağın müstəqilliyinin tanınmasının vacibliyi məsələsini qaldırıb.

"Arsaxın beynəlxalq statusu ilə bağlı məsələləri dəqiqləşdirmək lazımdır ki, bu da xalqın özünütəyin hüququnun tanınmasına əsaslanan müstəqilliyin tanınmasını nəzərdə tutur", - o qeyd edib.

 

Onun sözlərinə görə, bu hüququn tanınması münaqişənin nizamlanması barədə düşünməyə imkan verəcək. Arutyunyan  "Qarabağın ərazi bütövlüyünün bərpasının vacibliyini" də bildirib.

Sonra o, Hadrut rayonunda və Azərbaycan Silahlı Qüvvələrinin bəzi yaşayış məntəqələrini və erməni mövqeləri nəzarətə götürdüyü Şuşanın bəzi kəndlərində son hadisələri nəzərdə tutaraq    deyib ki Qarabağ, Ermənistan və Rusiya “Azərbaycanın təxribatlarının qarşısını birlikdə almalıdırlar".

Arutyunyanın bəyanatından belə çıxır ki, separatçıların liderləri hərbi əməliyyatların yekunlarını tanımaqdan imtina edirlər, Qarabağın Azərbaycanın tərkibinə qaytarılmasına razı deyillər və ümid edirlər ki, Rusiya onların bu istiqamətdə səylərini dəstəkləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam