Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

11 sentyabrla bağlı gizli sənəd yayılıb

 

11 sentyabrla bağlı gizli sənəd yayılıb
ABŞ Federal Təhqiqat Bürosu (FTB) ilk dəfə 11 sentyabr 2001 -ci il hadisələrinə dair sənədlərin bir hissəsini yayıb.
Yenixeber.org: Sənəd FTB-nin saytında yerləşdirilib. Qeyd edək ki, bu sənədlər ABŞ prezidenti Co Baydenin fərmanına əsasən məxfilikdən çıxarılıb.

Saytda yerləşdirilən sənəddə qeyd olunur ki, bu material 3 sentyabr 2021 -ci ildə imzalanmış sərəncama uyğun olaraq nəşr olunur. Dərc edilən sənəd 2016 -cı ilə aiddir və 16 səhifədən ibarətdir. Sənəd Səudiyyə Ərəbistanının Los -Ancelesdəki konsulluğunda işləyən bir şəxsin ifadəsinə əsaslanır. Həmin adam sonradan Amerika vətəndaşlığı almaq istəyib.

Mənbə şəxsin adını məxfilik naminə açıqlamır.

Hesabatda 11 sentyabr 2001 -ci ildə sərnişin təyyarələrinin qaçırılmasında iştirak edən terrorçulara əhəmiyyətli maddi -texniki dəstək verə biləcək şəxslərlə bu şəxsin təmaslarına aid məlumatlar var.

Sənəddə ifadə verən şəxsin Səudiyyə Ərəbistanının digər iki vətəndaşı ilə təmaslarından bəhs edilir. Onlardan biri də Səudiyyə Ərəbistanının Los Ancelesdəki konsulluğunda çalışıb. FTB hesab edir ki, digər şəxs Səudiyyə kəşfiyyatının agenti ola bilər.(TASS )

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam