Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

QHT təmsilçilərinin -Şuşaya səfəri başlayıb

QHT təmsilçilərinin Şuşaya səfəri başlayıb

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökümət təşkilatları (QHT) təmsilçilərinin işğaldan azad edilən Şuşa şəhərinə səfəri başlayıb.

Yenixeber.org: Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə təşkil edilən səfərdə 130-dan çox QHT təmsilçisi iştirak edir.

Onlar şəhərdəki Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olacaq, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacibəylinin güllələnmiş heykəllərini ziyarət edəcəklər. Nümayəndə heyəti ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşiliklə dağıdılmış digər maddi-mədəni abidələr, inzibati və yaşayış binaları ilə yaxından tanış olacaqlar.

Daha sonra Pənahəli xanın sarayının qalıqları olan əraziyə, Mehmandarovların malikanə kompleksinə, habelə Qazançı kilsəsində aparılan təmir-bərpa işlərinə baxış keçiriləcək.

QHT təmsilçiləri Şuşa şəhərində görülən abadlıq, quruculuq işləri ilə də yaxindan tanış olacaqlar.

QHT təmsilçilərini Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev müşayiət edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam