Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan diasporunun nümayəndələri Şuşadadırlar - FOTOLAR

 

Azərbaycan diasporunun nümayəndələri Şuşadadırlar -    FOTO
Azərbaycanda olan diaspor nümayəndələrindən ibarət ikinci qrup Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə artıq Şuşa şəhərindədir.
Yenixeber.org: “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı altında reallaşan birgünlük səfər çərçivəsində diaspor nümayəndələri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın tarixi-memarlıq incilərini, erməni vandalizminin sübutu olan “Güllələnmiş heykəllər”in olduğu meydanı, iki qardaş ölkəni bir-birinə sıx tellərlə bağlayan Şuşa Bəyannaməsinin imzalandığı yeri, Şuşa qalasının üç əsas qapısından biri olan Gəncə qapısını, qədim tarixə malik Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini, Mehmandarovların evini, Xurşidbanu Natəvanın evini, Cıdır düzünü və digər tarixi əhəmiyyətli yerləri ziyarət edirlər.

Diaspor üzvlərinə ölkə rəhbərliyinin tapşırığı ilə Şuşada və Qarabağın digər ərazilərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilir.

Xaricdə yaşayan azərbaycanlılar iri ölçülü Azərbaycan bayrağını Cıdır düzündə dalğalandırıblar.

Qeyd edək ki, iyulun 27-də Komitənin təşkilatçılığı ilə diaspor nümayəndələrinin Şuşa şəhərinə ilk səfəri təşkil olunmuşdu və səfər böyük marağa səbəb olmuşdu.

Azərbaycan diaspor nümayəndələrinin Qarabağa ikinci səfərində 26 ölkədən 100-ə yaxın diaspor nümayəndəsi iştirak edir.




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam