Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sahibə Qafarova -Avstriyaya səfərə gedir

 

Milli Məclisin sədri Sahibə Qafarova Parlament sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək.

Yenixeber.org: Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentlərarası İttifaqın, Avstriya parlamentinin təşkilatçılığı və BMT ilə əməkdaşlıq əsasında baş tutacaq konfransdan əvvəl Qadın Parlament Sədrlərinin 13-cü Görüşü keçiriləcək. Görüşdə müzakirə olunacaq məsələlərlə bağlı Milli Məclisin sədri çıxış edəcək.

Parlament sədrlərinin V Ümumdünya Konfransında spikerlər pandemiya ilə mübarizə, post-COVID dövründə gözləntilər, iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər, dezinformasiyanın qarşısının alınması, gənclərin siyasətdə iştirakı, gender bərabərliyi mövzularında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri və digər rəsmi şəxslərlə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər sentyabrın 9-da başa çatacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam