Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sahibə Qafarova deputatlarla -Türkiyəyə gedir

Sahibə Qafarova deputatlarla Türkiyəyə gedir
Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyəyə edəcək.
Yenixeber.org: Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olacaq, Türkiyəli həmkarları ilə fikir mübadiləsi aparacaqlar.

S.Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşəcək. Görüşdə parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığımızın daha da genişləndirilməsi, hər iki ölkənin birgə həyata keçirdiyi qlobal layihələrin reallaşması, regional münaqişələrin həlli yolları parlament müstəvisində müzakirə ediləcək.

S.Qafarovanın Türkiyə PrezidentRəcəb Tayyib Ərdoğanla və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Səfər müddətində Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyəti Ankarada “Anıtkabiri” ziyarət edəcək, şəhərin tarixi yerləri ilə tanış olacaqlar.

Səfər sentyabrın 12-də başa çatacaq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam