Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

MN: -Erməni hərbçinin həlak olmasının Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur

MN: Erməni hərbçinin həlak olmasının Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur

 

Son vaxtlar Ermənistanın rəsmi və qeyri-rəsmi nümayəndələri Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən atəşkəsin pozulması, meşə yanğınlarının törədilməsi, mal-qara oğurluğu, kənd sakinlərinə qarşı müxtəlif təzyiqlərin edilməsi və digər mövzularda əsassız iddialara söykənən bəyanatlar yayırlar.

Yenixeber.org: Müdafiə Nazirliyinin (MN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün Ermənistan kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu tərəfindən snayper tüfəngindən açılmış atəş nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə yayılan məlumat da yalandır, təxribat xarakteri daşıyır.

"Bu gün məlumatda göstərilən istiqamətdə Azərbaycan Ordusunun bölmələri tərəfindən heç bir atəş açılmayıb. Bildiririk ki, Ermənistan ordusunda baş verən cinayətlər və qanlı insidentlər orada hökm sürən özbaşınalıq və nizamnamədən kənar münasibətlərin nəticəsidir və bu hadisələrin Azərbaycan Ordusu ilə heç bir əlaqəsi yoxdur", - deyə məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam