Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

ERMƏNİSTAN ORDUSUNDA XAOS VƏ KÜTLƏVİ FƏRARİLİK BAŞLAYIB - Düşmən əsgərləri döyüşməkdən imtina edir

 

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinə qarşı həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və dəqiq atəş zərbələri nəticəsində erməni cəmiyyətində təşviş, Ermənistan ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür.

Yenixeber.org: Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Əldə edilən məlumatlara əsasən könüllülər və düşmənin ordu bölmələrinin şəxsi heyəti arasında mübahisələr, bir-birinə qarşı silah tətbiq etmək, döyüşə girməkdən imtina, əmr olmadan mövqelərdən geri çəkilmə və kütləvi fərarilik baş alıb gedir.

Düşmənin 7-ci dağatıcı alayının mövqelərinə gətirilmiş könüllülərlə müqaviləli hərbi qulluqçular arasında baş verən mübahisə silahlı qarşıdurma ilə nəticələnib. Ölən və yaralananlar var.

Xocavənd rayonunun Sos yaşayış məntəqəsi istiqamətində hərəkət edən şəxsi heyətin komandanlığa tabe olmaqdan və əmri yerinə yetirməkdən imtina edərək ərazini tərk etməsi barədə yuxarı komandanlığa məlumat verilib. Həmin hərbi qulluqçuların yenidən mövqelərinə qaytarılması ilə bağlı görülən tədbirlər isə nəticəsiz qalıb.

Ermənistan silahlı qüvvələrinin 543-cü alayının hərbi qulluqçuları kütləvi şəkildə Dağlıq Qarabağa getməkdən imtina edib. Təcili olaraq hərbi hissəyə gələn hərbi prokurorluq əməkdaşları döyüşə getməkdən imtina edən hərbiçiləri həbslə hədələyərək onları istənilən döyüş tapşırığını yerinə yetirmələri barədə iltizam imzalamağa məcbur ediblər.

Oxşar hadisə Ermənistanın Koti yaşayış məntəqəsində dislokasiya edilən hərbi hissədə də baş verib. Burada xidmət edən hərbi qulluqçular döyüşə getməkdən imtina etdiklərinə görə hərbi polis tərəfindən həbs edilib. Görülən bütün cəza tədbirlərinə baxmayaraq, Ermənistan müdafiə nazirliyinin rəhbərliyi Dağlıq Qarabağa getməkdən imtina edənlərin qarşısını almaqda acizdir.

Erməni hərbi qulluqçularının döyüşdən kütləvi şəkildə imtina etməsinə səbəb Azərbaycan Ordusunun döyüş meydanında qələbələri və düşmənə endirdiyi dəqiq atəş zərbələri nəticəsində çoxlu sayda döyüş texnikasının və canlı qüvvəsinin məhv edilməsi ilə bağlı təqdim edilən video görüntülərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam