Redaktor seçimi
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Günün xəbəri

Həccin qapısı miqat və mahiyyəti


Yer üzündə elə müqəddəs məkanlar, dəyərli ünvanlar var ki, siz ora başqa yerlərə girdiyiniz kimi sorğu-sualsız, əlini-qolunu sallayaraq girə bilməzsiniz. Təsəvvür edin ki, siz hər hansı ordu qərargahına əksər hallarda əsas binadan xeyli aralıdakı qapıdan daxil olursunuz, çünki orada bir komandan var. Həcc ibadəti isə bu mənada heç bir yerlə, ünvanla müqayisə olunmayacaq qədər üstün dəyərə sahibdir, çünki siz bütün kainatı yaradan, yaşadan, hər birimizə bu can əmanətini verən Uca Yaradanın evinə qonaq olursunuz. Buna görə də Həcc və ümrə ziyarətinə gələnlər üçün müəyyən edilmiş ədəb qaydaları, giriş şərtləri var. Həcc və ümrə ziyarəti miqatdan başlayır. Miqat - “bir işi etmək üçün müəyyən edilmiş yer və zaman” mənasına gəlir və müqəddəs məkanlara gedən zəvvarlar üçün giriş qapısı mahiyyəti daşıyır. Miqat yerləri həccə və ümrəyə gedənlərin ehram paltarlarını geyinmə yerləridir. Ehram geyinmədən həcc və ümrə ziyarəti caiz deyil. 
Yenixeber.org: Məkkə şəhəri və oradakı Kəbə Quranda “haram” adlandırılmışdır. Haram və ya harəm; orada hər hansı bir şəkildə hörmətsizlik etmənin qadağan edildiyi, haram buyurulduğu müqəddəs məkan deməkdir. Bu səbəblə də həcc, ümrə ziyarəti üçün Məkkəyə gələnlər miqat yerləri deyilən məkanlarda ehram paltarlarını geyinməli və bəzi qaydalara riayət etməlidirlər. Miqat adlanan yerlər Məkkəyə müxtəlif istiqamətlərdən gələn zəvvarlar üçün birbaşa Həzrət Peyğəmbərimiz (s.ə.s) tərəfindən qoyulmuş, bir mənada sərhəd və ya qapı rolunu oynayan yerlərdir. Zəvvarlar bu nöqtə və məkanlara və ya onlara uyğun gələn yerlərə gəlib çatanda ehram libaslarını geyinməlidirlər.
Həcc ibadəti üçün yola çıxanların artıq miqat yerlərinə gəlib çatmaları müqəddəs məkanlara qədəm basacaqları barədə bir xəbərdarlıq mahiyyəti daşıyır. Sanki miqat yerləri bizə bunları xatırladır: “Ey həccə gəlmiş müsəlman! Diqqətli ol! Cənab Allahın (c.c) evi olan Kəbəyə (məcazi mənada), müqəddəs məkanlara yaxınlaşırsan. Bu ülvi və mənəvi atmosferə girmək üçün özünü hazırla. Bir müddət sonra fərqli bir mənəvi mühitdə olacaqsan. Qəlbini, ruhunu, bütün hiss və duyğularını bu mənəvi atmosferə uyğun səviyyəyə gətirməyə çalış. Ruhən və mənən Cənab Allahın qonağı (Duyufur-Rahmən) olmağa hazırlaş”.
Miqat adlanan yerlər, Məkkəyə müxtəlif istiqamətlərdən gələnlər üçün bu müqəddəs yerin ətrafındakı beş nöqtədir. Bunlar Zul-Huleyfə, Zətu-İrq, Səylul-Kəbir, Yələmləm və Cuhfə bölgələridir. Bu yerlər Allah Rəsulu (s.ə.s) tərəfindən müəyyən edilmişdir. Ehrama girmədən bu yerlərdən keçmək caiz deyildir. Onu da qeyd edək ki, bu yerlərin miqat yerləri olaraq müəyyən edilməsi, mütləq mənada və məhz həmin nöqtədə ehrama girilməlidir mənası daşımır. Müəyyən edilən bu miqat yerlərinə eyni xətt üzrə hər hansı digər yerlərdə də ehrama girmək mümkündür.

Bilinməlidir ki, bir müsəlmanın miqat yerindən əvvəl ehrama girməsi sünnəyə uyğun deyildir. Allah Rəsulu (s.ə.s) məhz göstərilən miqat yerlərində ehrama girmişdir. Ancaq dəyişən şərtlərə görə həcc ziyarəti üçün gəldiyi yol üzərində göstərilən miqat yerləri yoxdursa, istər qurudan, istər dənizdən, istərsə də hava nəqliyyatı ilə gəlsin, zəvvar ona ən yaxın miqat yerinin xəttinə çatanda ehrama girməlidir. Həcc və ümrəyə hava yolu ilə gələnlərin hədislərdə bildirilən beş miqat yerinin sərhədinə yaxınlaşanda bilənlərin və ya təyyarədəki ekipaj heyətinin xəbərdarlıq etməsi yerində olar. Həmçinin hava yolu ilə həcc və ya ümrəyə gələn zəvvar ehtiyatlı davranmalı, miqat yerini ehramsız keçməmək üçün miqat yerindən əvvəl ehrama girməlidir. Bununla yanaşı təyyarə havada ikən təxminən eyni vaxtda misal üçün 300 sərnişinin ayağa qalxaraq ehram paltarlarını geyinməyə çalışmaları texniki problemlər ortaya çıxara bilə, buna görə də İslam alimləri təyyarəyə minmədən əvvəl zəvvarların gəldikləri ölkənin hava limanlarında ehrama girmələrinin caiz olduğunu söyləmişlər.
Günümüzdə yuxarıda adları çəkilən miqat yerlərinin hər birində məscid, yuyunma, istirahət və ehram paltarlarını geyinmə yerləri vardır. Miqat yerlərinin, yəni zəvvarların ehramlarını geyinməli olduqları məkanların xəritədə hansı yerlər olduğunu aşağıdakı şəkildə görə bilərsiniz.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam