Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

PREZİDENT AKİM BƏDƏLOVU DA İSTEFAYA GÖNDƏRMƏLİDİR-YENİLƏNİR





image here

Yaxud, niyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu günəşli günlərdə alternativ enerjisini görmürük?
Yenixeber.org: "Mingəçevirdə İES-də yanğın söndürülüb, narahatlığa əsas yoxdur”. FHN-nin bu gün gecədən bəri yaydığı məlumata görə Mingəçevir AES-də baş vermiş yanğın tamamilə söndürülüb, soyutma işləri aparılır və vəziyyət tamamilə nəzarət altındadır. “Ölkə ərazisində elektrik enerjisinin verilişi mərhələli şəkildə bərpa ediləcək. Heç bir panikaya əsas yoxdur,” - deyə FHN rəsmisi bildirib. Və "Azərenerji" rəhbərliyinin, yəni Etibar Pirverdiyevin dayanaqlı enerjisinə etibar etmədiyimiz qurumunun yaydığı məlumatda isə deyilir ki, AES-də yanğın havaların son günlər isti keçməsi ilə bağlı olub... Gülməlidir! AES istehsal etdiyi enerji ilə ventilyasiya sistemini işlətmir ki?!
Bu da başı kommersiya işlərinə qarışmış Etibar Pirverdiyevin işi. Ölkə işıqsız qaldı. Təkrar edirəm, səbəb kimi havaların isti keçməsi nəticəsində transformatorun yanmasını göstərir Etibar Pirverdiyev... Onda gərək Ərəbistan, Dubay (Etibar Pirverdiyrv Dubaya tez-tez gedir və qaldığı otel gərək zülmət qaranlıqda qala), Afrika... işıqsız qala. Oralarda 50-60 dərəcə isti olur... Bu nə yersiz və uşaqbaşı aldadan bəhanədir??? Yenə də prezident İlham Əliyev hər şeyi şəxsi nəzarətinə götürür... Bəs bu məmurlarların nəzarəti nəyədir??? Məncə, bu gün Etibar Pirverdiyevin transformatorunun ardıca özü yanacaq-vəzifəsinə son deyiləcək...

Niyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu isti günlərdə alternativ enerjisini görmürük?

"Təzadlar" dəfələrlə alternativ enerji problemini qaldırıb... Həmin yazılarımızda dönə-dönə qeyd etmişik ki, günəşli və küləkli Azərbaycanda alternativ enerji istehsalına keçmək lazımdır... Təsəvvür edin, isti havaların keçdiyi son günlərdə günəş batareyalarımızın enerjisini yığıb-yığışdırmaq olmazdı, nəticədə Mingəçevir AES-ə də az yük düşərdi, transformatorumuz hirsindən alışıb yanmazdı, Bakı və ölkənin əksər bölgələri işıqsız qalmazdı... Amma Akim Bədəlovun sədri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində bu sarıdan hamı susur. Niyə??? Bəs hər il dövlətin bu quruma ayırdığı on milyonlar, qrantlar... hara qeyb olur???
Yəqin ki, ötən gecə həm Akim Bədəlov özü, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bütün kollektivi işıqsız qalıb. Görəsən qaranlıqda, bu qaynar istidə kondisionersiz gecə keçirmiş Akim müəllimin ürəyindən istehsal etmək istəmədiyi həmin o alternativ enerji keçməyib? Heç narahat yuxusuna da girməyib??? 

***
Elə bu qurumun rəhbərliyinə ötən gecə işıqsız qaldığını nəzərə alıb bəzi faktlara xatırladırıq: cənablar, enerji dedikdə, istər-istəməz məişət həyatımızda vacib rol oynayan elektrik enerjisi yada düşür. Çünki elektrik enerjisindən təkcə elektrik avadanlıqlarının istifadəsində deyil, həm də digər enerjilərin, əsasən də istilik enerjisinin əldə olunmasında istifadə olunur. Amma təəssüflər olunsun ki, indi bütün dünyada elektrik enerjisini əldə etmək üçün digər yanacaq növlərindən, əsasən də qaz və mazutdan, az hallarda isə suyun (çayların) axın gücündən istifadə olunur. Sonuncunu çıxmaq şərtilə, elektrik enerjisinin qaz və ya mazut, torf, daş kömür və s. yanacaq növlərinin yandırılması ilə əldə olunması isə ekoloji problemlər yaradır, havanın, atmosferin çirklənməsinə gətirib çıxarır. Bu isə ekoloji fəlakətin baş verməsini qaçılmaz edir. Bəs çıxış yolu nədədir?

Azərbaycanda alternativ enerji mənbələrindən necə istifadə olunur?


Elektrik enerjisinin əldə olunmasının bir yolu da alternativ enerji mənbələrindən istifadədir. Başqa sözlə, günəş, gülək və biomənbələrdən (suyun güclü axınından) alternativ enerji kimi istifadə edərək elektrik enerjisi əldə oluna bilir. Hazırda dünyanın bir sıra ölkələri məhz ekoloji fəlakətdən yayınmaq üçün bu üsuldan istifadəyə daha çox yer verir. Hətta əksər Avropa ölkələri külək enerjisindən, Orta Asiya və digər isti iqlim şəraitinə malik Çin, İran, Türkiyə, Orta Asiya respublikaları, Hindistan, Koreya, Malaziya, İndoneziya, bir sıra Afrika ölkələri isə günəş enerjisindən, Rusiyanın və Avropanın, Qərbi və Şərqi Amerika mənşəli ölkələr isə həm də çayların gücündən elektrik enerjisi istifadə etmək üçün yararlanırlar. Bəs Azərbaycanda vəziyyət necədir?
«Təzadlar»ın Araşdırma Qrupu bu suala cavab tapmağa çalışıb. Və məlum olur ki, alternativ enerjidən istifadə sahəsində vəziyyət nəinki pisdir, acınacaqlı vəziyyətdədir. Ona görə «acınacaqlı» deyirik ki, hətta Azərbaycanda bu sahənin inkişafı üçün Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti yaradılıb, Akim Bədəlov şirkətin direktoru təyin olunub… Sonra alternativ enerjidən istifadə olunmasına dair Dövlət Proqramı qəbul olunub… Amma dövlət şirkəti özünü doğrultmadığından Prezident sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri Akim Bədəlov vəzifəsindən azad edilib, yenidən Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb, Prezidentin digər Sərəancamı ilə Akim Bədəlov həmin ağentliyin sədri təyin edilib. Yenə də «amma…»! Ona görə ki, bu agentlik yenə də özünü doğrultmadığından, yəni gözlənilən fəaliyyəti olmadığındandır ki, Prezident sərəncamı ilə Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs yaradılır… Və ağentlik təkcə 2017-ci ilin Dövlət büdcəsində idarəetmə aparatının saxlanması üçün (Ümumi dövlət xidmətləri) Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olaraq 1 milyon 741 min 917,0 maknat, yanacaq və enerji məsrəfləri üçün isə yenə də Büdcədən əlavə 2 milyon 500 min manat vəsait alıb. Cəmi-4 milyon 242 min 917 manat!
Bəs təkcə büdcədən bu qədər vəsait alan agentlik il ərzində heç olmasa bu vəsaitin yarısı qədər büdcəyə xeyir verirmi, alternativ enerji istehsal edə bilirmi?
Apardığımız müşahidələr və araşdırmalar süğut edir ki, agentliyin layihələr çərçivəsində quraşdırdığı külək və günəş batareya qurğularının demək olar əksəriyyəti illərdən bəridir dayanaqlı, yəni işlək olmayan vəziyyətdədir. Bunu Bakı-Yevlax magistral yolunun «Semzavod» adlanan ərazidəki günəş batareyalarının mühafizəçisinin sözlərinə, Mərəzədə dağların üstündə quraşdırılmış bir neçə külək gereratorlarının işləməyən pərləri, elə həmin dağların döşündəki günəş batareyalarına xidmət edən işçilərin və s. söylədikləri təsdiq edir… Bir də ağentliyin rəsmi saytında həyata keçirilən layihələr və texniki tədbirlər bölümündəki rəsmi məlumatlar. Həmin məlumatları oxuyanda isə gülməyimiz tutdu. Məlum olur ki, elmlər doktoru olan, gerçəkdən böyük elmi təcrübəyə malik olan Akim bədəlovun sədri olduğu Agentliyin ötən il və bu ilin əvvəlindən həyata keçirdiyi uğurlu layihələr orta məktəb şagirdləri ilə olan görüşlər, uşaqlara alternativ enerjinin nə olduğunu başa salmaq, Bakının hansısa orta məktəbində konfranslar keçirməkdən və s. ibarət olub. Biz həmin məktəblərin bir neçəsində olduq və olduqca maraqlı mənzərənin şahidi olduq…
Nəhayət, ötən gecə baş verənlər, qaranlıqda qalan rəsmi Bakı bu və ya qaranlıq suallara cavab tapmalıdır: niyə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu günəşli günlərdə alternativ enerjisini görmürük? Görmürüksə, onda Akim Bədəlov niyə belə bir strateji quruma rəhbərlik etməlidir???

(Davamı var)

SƏBUHİ

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam