Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ağsuda -yanğın törədən şəxs saxlanılıb

 

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə bir neçə dəfə müraciət edən Ağsu rayonunun Keçdiməz kənd sakinləri olan yaxın qohumlar onlara məxsus evlərin, ot bağlamalarının və sahələrin maskalı şəxs tərəfindən yandırıldığını, eləcə də bir nəfərə fiziki təzyiqin göstərildiyini bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə gücləndirilmiş xidmət təşkil olunub və həmin əməlləri törədən şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Keçirilmiş tədbirlər nəticəsində yanğını törədən şəxsin özünü polisə zərərçəkmiş şəxs qismində təqdim edən Ümidvar Əzimzadə olduğu müəyyən edilib.

Saxlanılan Ü.Əzimzadə ifadəsində ailəsinin və yaxın qohumlarının ona qarşı soyuq münasibət bəslədiyini bəhanə gətirərək onlara məxsus ünvanlarda yanğınlar törətdiyini, məqsədinin həmin şəxsləri qorxu içərisində yaşatmaq olduğunu bildirib.

Ü.Əzimovzadənin əmisi oğlu Kamran Əzimzadənin guya naməlum şəxs tərəfindən döyülməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılan araşdırma zamanı onun hər hansı bir fiziki təzyiqə məruz qalmadığı, üzərində daşıdığı bıçaqla geyimini yararsız hala saldığı məlum olub. Buna səbəb kimi isə baş verən hadisələrdən qorxduğunu və sakinlər tərəfindən gecələr ərazidə təşkil edilən növbətçilikdən yayınmaq olduğunu əsas gətirib.

Hazırda faktla bağlı Ağsu Rayon Polis Şöbəsində araşdırma aparılır, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam