Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qaxda -narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb

 

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, üzərində psixotrop maddə daşımaqda şübhəli bilinən Bakı şəhər sakini Nicat Qədirov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) aşkarlanıb.

N.Qədirovun ətrafında davam etdirilən tədbirlərlə onun həmin psixotrop maddəni Zaqatala şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunmuş Nəriman Qurbanəliyevdən 50 manata aldığı müəyyən edilib.  Keçirilən əməliyyat tədbirləri nəticəsində N.Qurbanəliyev də şübhəli şəxs qismində saxlanılıb. Onun Qaxbaş kəndində kirayədə yaşadığı evə baxış keçirilən zaman oradan kağız və sellofan bükümlərdə narkotik vasitə olan heroin, elektron tərəzilər, eləcə də metamfetamin aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Sinxron –Nicat Qədirov ( saxlanılan şəxs )

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam