Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polis Şəkidə əməliyyat keçirib -keçmiş məhkumdan “patı”, heroin və marixuana götürülüb

 

 

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbiri həyata keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Polis Şöbəsinə bir nəfərin üzərində narkotik vasitə daşıması, eləcə də kənar yerdə gizlətməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zamanı həmin şəxs,əvvəllər də analoji cinayət əməlinə görə  məhkum olunmuş Tural Cabbarov saxlanılıb. Şəxsi axtarış zamanı ondan “patı”, “şüşə” kimi tanınan psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Cabbarovun ətrafında davam etdirilən əməliyyat-istintaq tədbirləri ilə onun “Dərə hamamı” kimi tanınan, hazırda istifadə olunmayan köhnə tikilidə narkotik vasitə gizlətdiyi müəyyən edilib. Həmin yerə baxış keçirilən zaman oradan 350 qrama yaxın qurudulmuş marixuana aşkarlanıb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə T.Cabbarov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam