Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Krım Ukraynadır!”

Bunu Ukraynada səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Krım platforması” zirvəsində çıxışı zamanı deyib.

Yenixeber.org: Nazir ölkəsinin Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.

M. Çavuşoğlu beynəlxalq ictimaiyyətə birmənalı şəkildə Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə bağlı çağırış edib.

““Krım platforması”nın Krımın və Krım tatarlarının hüquqlarının müdafiəsində əhəmiyyətli rol oynayacağına inanırıq”, - deyə XİN başçısı vurğulayıb.

O, Türkiyədə çox sayda Krım tatarının yaşadığını da xatırladıb. Türkiyəli nazir vurğulayıb ki, tatarlar tarixlərindəki bütün çətinliklərdən sonra ayağa qalxmağı bacarmış millətdir.

M. Çavuşoğlu Ukrayna Prezidenti Vladimir Zelenskiyə parlamentarilərlə birlikdə Krım tatarlarının Ukraynanın yerli xalqı kimi tanınmasında göstərdiyi səylər üçün də təşəkkür edib.

XİN başçısı onu da qeyd edib ki, BMT də daxil olmaqla, beynəlxalq təşkilatlar bu məsələnin həllində yaxşı şəkildə təşkilatlanmayıb: “Sülh və diplomatik danışıqlar tək yoldur. Bunun üçün isə təbii ki, effektiv koordinasiya lazımdır. Bu platformanın dayanıqlı sülhə nail olmaq üçün əhəmiyyətli başlanğıc olacağına ümid edirik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam