Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə Rusiyanın Krımda keçirdiyi əməliyyatlardan narahatdır-BƏYANAT

“Ötən gün səhər saatlarında Krımda soydaş Krım tatar türklərinin evlərinə edilən basqınları və tutulma qərarlarını narahatlıqla qarşılayırıq”.

Yenixeber.org: Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

“Krım yarımadasında yerli nümayəndə olan Krım tatarlarına qarşı bu cür tədbirlərə son verilməsinə çağırırıq.

Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında olmağa davam edəcək”, - bəyanatda vurğulanıb.

Xatırladaq ki, son 2 gündə Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Ukraynanın işğal altındakı Krım yarımadası daxil olmaqla ölkənin bir çox regionunda terrorçuluğa qarşı əməliyyatlar keçirib. Əməliyyatlar zamanı saxlanılan şəxslər terrorçu təşkilatla əlaqədə olmaqda ittiham olunurlar.

Qeyd edək ki, yarımadanın işğalından sonra Krım Tatar Milli Məclisinin “ekstremist təşkilat” olaraq fəaliyyəti yasaqlanıb. Bununla da Məclislə birbaşa əlaqəsi olan 2 500-dən çox tatar ekstremist təşkilat üzvü vəziyyətinə salınıb. Minlərlə tatar yarımadanı tərk edib.

Krım tatarlarının evlərinə, məscidlərə, uşaq evlərinə edilən təzyiqlər və “terror təşkilatına üzv olma” iddiası ilə saxlanılmalar davam edir.

Yalnız 2019-cu ildə Rusiya təhlükəsizlik qüvvələri Krım tatarlarına aid evlər, məscidlər və məktəblərdə 86 əməliyyat keçirib. Bu basqınlarda 157 nəfər saxlanılıb, 194 nəfər sorğuya çəkilib, 335 nəfər isə həbs edilib.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krımı Ukraynanın ərazisi olaraq tanıyır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam