Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Rusiya Ermənistanda ikinci AES-i tikir? -"Azərbaycanla Türkiyənin ciddi narazılıqları ola bilər"

 

"Azərbaycan və Türkiyə ilə bərabər bir çox region ölkələri Metsamor AES-in istismar müddətinin başa çatması və hazırda stansiyanın yararsız olması ilə bağlı dəfələrlə bəyanat səsləndiriblər. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar, stansiyaya nəzarət etməli olan Metsamor modernləşdirmədən sonra stansiyanın işinin bərpasına razılıq verib" deyən hərbi ekspert Ədalət Verdiyev bildirdi ki, bu fəaliyyət indi də davam edir.

Yenixeber.org:  Bizim.Media-ya cavab əsnasında ekspert onu da dedi ki, bu azmış kimi, Rusiya tərəfi də regionda ikinci bir AES-in inşası barədə Ermənistana ümidverici bəyanatlar göndərməklə məşğuldur:

"Hazırkı dönəmdə Ermənistan öz maliyyə vəsaiti ilə stansiyanın heç təmirini başa çatdıra bilmir. İkinci stansiyanın inşası isə kifayət qədər ciddi məbləğlər tələb edir. Bu məbləği isə Ermənistanın, nə də Rusiyanın maliyyələşdirmə imkanları real görünmür. Bu, ilk növbədə Ermənistanın məcburən Rusiyanın orbitində qalması ilə əlaqədardır. Çünki 30 il Rusiyanın ardınca sürünən Ermənistan 3 onillik ərzində işğal etdiyi əraziləri cəmi 44 günə boşaltdı".

Ekspertin sözlərinə görə, belə olan halda Ermənistanın Rusiyanın əli altında qalması real görünmür. Lakin Ermənistanın silah almağa pulu yoxdur deyə bu situasiya bir müddət davam edəcək:

"Ermənistanda ikinci AES-in tikilməsinə Azərbaycanla Türkiyənin ciddi narazılıqları ola bilər. Hətta bu, Türkiyə ilə Rusiya arasında Ağquyu AES-in inşasına da təsir edə bilər. Belə bəyanatlarla Rusiya erməni cəmiyyətini rahatlamaq istəyir ki; "müharibə dövrünə baxmayın, mən də varam. Savaşda birbaşa kömək edə bilmədik, amma AES ilə kömək edə bilərik" mesajını çatdırmağa çalışır.

Azərbaycanı radioaktiv maddələrlə hədələyən parlamentə malik Ermənistan ərazisində ikinci AES-in inşası ciddi təhdidlər törədir. Odur ki, bu fəaliyyətlərin beşikdə boğulması üçün aidiyyatı qurumlarımız əlindən gələni etməlidirlər.

Ən təhlükəlisi də odur ki, Metsamor AES seysmoloji cəhətdən çox təhlükəli ərazidə yerləşir və hər an yüksək ballı zəlzələnin baş vermə ehtimalı böyükdür.

Bu isə region dövlətlərilə yanaşı, Rusiyanın özü üçün də böyük fəlakətlər vəd edir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam