Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Aygün Əliyevaya "DUR" deyən olacaqmı?! -
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Günün xəbəri

Hacıqabul sakinlərindən -metamfetamin aşkar edilərək götürülüb

Hacıqabul sakinlərindən metamfetamin aşkar edilərək götürülüb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə edilməsi ilə bağlı əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakini Xalid İbrahimov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Dindirilmə zamanı X.İbrahimov narkotik maddəni Həmid adlı şəxsdən aldığını bildirib. Keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Həmid Cəfərov da saxlanılaraq istintaqa təqdim olunub.

Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri zamanı isə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakinləri Aslan Rzayev və Rauf Şahbazov saxlanılıblar. Həmin səxslərin üzərinə keçirilən baxış zamanı onlardan da metamfetamin aşkarlanıb.

Faktlarla bağlı Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam