Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Cavid Qurbanov 3 milyonluq mülkü satışa çıxarıb... -İDDİA

Yenixeber.org: Dünən informasiya verərək bildirmişdik ki, yaxın zamanlarda “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilə bilər. Bu barədə bizi bilgiləndirən mənbə bildirib ki, yaxın zamanlarda Azərbaycan Dəmir Yolları” QSC nazirliyə birləşdiriləcək və böyük ehtimalla Cavid Qurbanov vəzifəsindən birdəfəlik alınacaq və ona birləşdirilmiş strukturda hansısa postun veriləcəyi ehtimalı mövcud deyil.

Xatırladaq ki, belə bir birləşmənin anonsu öncədən də verilib və o zaman iddia olunurdu ki, hətta Cavid Qurbanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri postuna da gətirilə bilər. Lakin hazırda sözügedən vəzifəni tutan Rəşad Nəbiyevin mövqeləri kifayət qədər möhkəmdir və ondan fərqli olaraq Cavid Qurbanov yetərincə yıpranmış fiqur olaraq xarakterizə edilməkdədir.

Redaksiyamıza daxil olan son informasiyalardan aydın olur ki, artıq gedəcəyi qətiləşən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov rəsmən "kapitulyasiyaya" başlayıb.

Mənbə bildirir: "Cavid Qurbanov təkcə son iki ay ərzində ona məxsus olan iki obyekti və 5 mənzili satışa çıxarıb. Onların hansı satılıb, hansı alınıb bəlli deyil. Əsas olanı odur ki, baş dəmiryolçu öz gedişinə tədarük içindədir".

Mənbə iddia edir ki, satışa çıxarılan obyekt və mənzillərin ümumi satışa çıxarılan qiyməti 3 milyon manatdan çoxdur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam