Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

 Cavid Qurbanovdan hesab sorula bilər... -İTTİHAM

 


Cavid Qurbanovdan hesab sorula bilər...
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla bağlı ötənlərdə verdiyimiz informasiya gözlənildiyi kimi ciddi ajiotaja səbəb oldu.
Yenixeber.org: Əslində, hakimiyyətin kifayət qədər qaranlıq fiqurlarından hesab olunan, Elçibəy hakimiyyətinin kadrı kimi sonradan ulu öndər Heydər Əliyevin komandasında yer almağa müvəffəq olan, həmin dönəmdə isə ulu öndərə xəyanətisəbəbindən cəzalandırılan, ardından Ziya Məmmədovun çətiri altında yenidən etimada layiq görülən və daha da sonradan elə həmin Ziya Məmmədovun özünə xəyanəti ilə diqqətə gələn Cavid Qurbanov çox ciddi ambisiyaları ilə hər zaman diqqətləri cəlb edib.

Cavid Qurbanovdan hesab sorula bilər...

Bununla bağlı saytımıza danışan məlumatlı mənbə iddia edir ki, bu gün toxunulmaz kimi görünən Cavid Qurbanov köhnə sistemin unikal qalıqlarından biri kimi rəsmən büdcə qarətçisi kimi çıxış etməkdədir. Təbii ki, burada "Azərbaycan Dəmir Yolları" adından alınan qatarların şübhəli qiymətlərindən tutumuş,digər faktları da təkrarən xatırlamaq olar.

Məlumatlı mənbə iddia edir ki, təkcə son olaraq açılışında Preident İlham Əliyevin də iştirak Sabunçu Vağzalının yenidən qurulması fəaliyyəti təftiş olunarsa, külli miqdarda yeyintinin izinə düşülə bilər: "Burada söhbət çox böyük pullardan gedir. Yəqin ki, Cavid Qurbanovdan bir gün hesab sorulacaq".

Cavid Qurbanovdan hesab sorula bilər...

Mənbə saytımıza açıqlamasında əlavə olaraq bildirir ki, baş nazirlik sevdası puça çıxan Cavid Qurbanov özünə əməlli başlı komanda da formalaşdırmaqdadır: "Təsəvvür edin ki, hakimiyyətin ən üst pillələrində belə ibtidai tayfaçılıq prinsipləri ilə sərt mübarizə aparıldığı bir dönəmdə Cavid Qurbanov ətrafına az qala kəındçilərini cəlb etməklə hakimiyyət daxilində yeni güc mərkəzi kimi çıxış etməyə çalışır".

Bu barədə daha geniş materialımızı yaxınlarda təqdim edəcəyik. Bizi izləyin. Bütün iddialarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam