Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balakəndə -şadlıq sarayının inzibatçısı həbs olunub

Balakəndə şadlıq sarayının inzibatçısı həbs olunub

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı “Balakən” şadlıq sarayında keçirilən toy mərasimində karantin rejimlərinin pozulması halları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, yoxlamalar zamanı şadlıq sarayında təşkil edilən toy mərasimi barədə məlumatların “icaze.e-gov.az”portalında qeydiyyatdan keçirilmədiyi məlum olub.

Aşkarlanmış qayda pozuntuları ilə bağlı həmin obyektin inzibatçısı İbrahim Əliyev barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə o, 8 gün müddətinə inzibati qaydada həbs olunub. Toy sahibi Aydın Mustafayev barəsində isə protokol tərtib olunub və o, 400 manat məbləğində cərimələnib.

Qeyd edək ki, ötən ay da həmin şadlıq sarayında keçirilən toy mərasimində karantin qaydaları pozulduğu üçün obyektin sahibi 4 min manat məbləğində cərimə edilmişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam