Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Saatlıda toyda -COVID-19 pasportu olmayan qonaqlar kenarlaşdırıldılar

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində yerləşən üç şadlıq sarayında təşkil olunan toy məclisində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Belə ki, keçirilən tədbirlərlə rayon ərazisində yerləşən “Ayşən” şadlıq sarayında baş tutan toy məclisində 18 nəfər, “Komfort” şadlıq sarayında isə 34 nəfər qonağın vaksinasiyadan keçməyərək iştirak etdikləri müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb və onlar məclislərdən uzaqlaşdırılıblar.

Keçirilən digər bir tədbir nəticəsində rayonun Fətəlikənd kəndi ərazisində yerləşən “Davud” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilmədiyi aşkar edilib.

Yol verdiyi qayda pozuntusu ilə bağlı obyekt sahibi Aydın Quliyevlə profilaktiki söhbətlər aparılıb və onun  barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Saatlı Rayon Məhkəməsinə göndərilib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam