Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

İran ABŞ hərbi bazasını hədəf aldı, dövlət katibi qətiyyətli cavabla hədələdi

ABŞ dövlət katibi Maykl Pompeo İraqın paytaxtı Bağdadda Amerika hərbçilərinin də dislokasiya olunduğu aerporta raket hücumlarına görə İranı hədələyib.
Yenixeber.org: Dövlət katibi Vaşinqtonun “amerikalılara və onların müttəfiqlərinə qarşı istənilən hücuma görə” İrana qətiyyətli cavab verəcəyini bildirib.
Maykl Pompeo bəyan edib ki, dekabrın 9-da İrana bağlı qüvvələr Bağdad beynəlxalq aerportunun ərazisində yerləşən İraq hərbi obyektinə raket zərbəsi endiriblər. Nəticədə İraq ordusunun 5 əsgəri yaralanıb. Ardınca dekabrın 11-də aerporta yeni raket zərbələri endirilib.
Ərəb KİV-ləri qeyd edirlər ki, hücumun hədəfi əslində Bağdad aerportunda yerləşdirilmiş Amerika hərbçiləri olub.
“Əgər İran və onun əlaltıları ABŞ personalına və bizim iraqlı tərəfdaşlarımıza xətər yetirsə Vaşinqton buna qətiyyətli cavab verəcək”,-dövlət katibi bildirib. Pompeo bəyan edib ki, ABŞ hücuma görə İranın məsuliyyət daşıdığına əmindir və İraq əsgərlərinin yaralanması ilə nəticələnən hücumu pisləyir.
Qeyd edək ki, İran bu ilin yayında Hörmüz körfəzi üzərində ABŞ pilotsuz kəşfiyyat təyyarəsini vurub. Bu, İranla ABŞ arasında ilk birbaşa hərbi qarşıdurma idi. Birləşmiş Ştatlar prezidenti Donald Tramp İrana cavab zərbələri endirməyə əmr versə də hücuma bir neçə dəqiqə qalmış əmri təxirə salmışdı.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam