Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə yanğınların törətdiyi fəsadlar-  FOTOLAR

 

Türkiyədə yanğınlar ağır fəsadlar törədir-   FOTOLAR
Türkiyədə bir neçə gün öncə başlamış dəhşətli meşə yanğınları hələ də davam edir. 
Yenixeber.org: Bu barədə ölkə səlahiyyətliləri məlumat yayıb.
Qeyd edilir ki, əslində temperaturun ən yüksək həddə çatdığı və "yanğınlar mövsümü" kimi xarakterizə edilən iyul ayında belə təbii fəlakətlərin baş verməsi adi haldır. Lakin bu dəfə Türkiyəyə misli görünməmiş bir ziyan dəyib. Genişlənən alovlar yalnız meşələri, flora və faunanı deyil, yanğın bölgəsinə yaxın bütün kəndləri, yaşayış massivlərini, turizm obyektlərini də viran qoyub.



Yerli medianın yazmasına görə, səlahiyyətlilər xüsusən də turistlər arasında daha çox populyar olan cənub bölgələrində baş verən yanğınların səbəblərini araşdırırlar. Burada meşələrin süni şəkildə yandırılması şübhəsi yaranıb.



Bu gün yanğınlar səbəbilə ölənlərin sayının artıq dörd nəfərə yüksəldiyi bildirilir.
"Ən dağıdıcı yanğın hadisələrinin isə Antalyanın Manavqat bölgəsində baş verib. Güclü küləklər yanğınsöndürənlərin yerdə və havada apardıqları əməliyyat işlərinə mane olur",-yerli saytlar yazıb.



Qeyd edək ki, Son iki gündə ölkə daxilində 60 -dan çox meşə yanğını qeydə alınıb. Onlardan 43 -ü nəzarət altına alınıb. Təxminən 4000 yanğınsöndürən, üç təyyarə, 38 helikopter, yüzlərlə xilasetmə maşını dünya gündəminə çevrilən bu meşə yanğınları ilə mübarizə aparır.





























Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam