Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Azərbaycan -işgüzar risklər reytinqində irəliləyib

Azərbaycan işgüzar risklər reytinqində irəliləyib

Özəl sektorunda ödənişlərin dayanması və müflisləşmə ehtimalını əks etdirən işgüzar risklər reytinqində Azərbaycan "C" (yüksək risk) mövqeyndən "B" (əhəmiyyətli risk) mövqeyinədək irəliləyib.

Yenixeber.org: Bu barədə sığorta və ticarət risklərinin idarəolunması ilə məşğul olan “Coface” beynəlxalq şirkətinin hesabatında bildirilir.

Bütövlükdə ilin ikinci rübü ərzində 11 ölkənin irəlilədiyi reytinqdə hazırda inflasiyanın artmasına, daxili tələbatı azalda biləcək müvəqqəti tədbirlərə baxmayaraq bu ölkələrdə geriləmə qeyd olunmayıb.

Hesabata görə, Çində artımın davam etməsi nəticəsində ticarət şərtlərinin yüngülləşməsi xammal ixracatçısı ölkələrə sərf edir: “Odur ki, onların ticarət və maliyyə balansı artırılmalıdır. Təsadüfi deyil ki, Rusiya, Səudiyyə Ərəbistanı, Ekvador, Konqo Respublikası, Azərbaycan, Botsvana, Qvineya, Meksika da daxil olmaqla bir sıra xammal istehsalçısı ölkələr üçün ölkə riskinə dair dəyərləndirmə cari rübdə yenilənib. İnkişaf etməkdə olan ölkələrin xaricində isə Avstraliya və Kanada qismən ixrac etdikləri məhsulların bahalaşması ilə bağlı reytinqdə irəliləyib”.

Həmçinin bu il dünya ÜDM-in artımına dair proqnoz “Coface”tərəfindən 5,6 %-ə artırılıb. Bu da əsasən ABŞ-ın reytinqdə "A2"dək irəliləməsilə bağlıdır: “Artım gözləntilərinin yüksəlməsi dünya ticarətində də özünü göstərir: ötən il 5 %-ədək tənəzzüldən sonra bu il 11 %-lik artım gözlənilir. Beləliklə, 2020-ci il tənəzzülündən sonra 2021-ci ildə beynəlxalq ticarətin həcmi böhrandan əvvəlki səviyyəsindən 6 % çox olacaq”.

Qeyd edək ki, “Coface”ın 162 ölkəni əhatə edən reytinqində 13 təməl sektora diqqət yetirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam