Redaktor seçimi
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Günün xəbəri

Azərbaycan Əfqanıstandan çıxmalıdır -Deputat

Azərbaycan Əfqanıstandan çıxmalıdır - Deputat

ABŞ Əfqanıstanda hərbi iştirakına son qoyur, 20 ildən sonra bu ölkəni tərk edir. Çin də bir neçə gün əvvəl vətəndaşlarına müraciət edərək Əfqanıstanı tərk etməyə çağırıb.

Yenixeber.org: Bunu Milli Məclisdə çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib.

O bildirib ki, Azərbaycanın sülhməramlılar tərkibində Əfqanıstanda 120 hərbçisi var:

“Fikrimcə, parlamentin müvafiq komitəsi bu məsələni müzakirə etməlidir. Eyni zamanda hökumətə də müraciət edilməlidir. Nə qədər gec deyil, oradan çıxmalıyıq”.

Deputat qeyd edib ki, ABŞ ərazidən çıxdıqdan sonra “Taliban” hərəkatı rəsmi əfqan hökumətinin nəzarətində olan əraziləri bir-bir ələ keçirir:

“Orada islam respublikası qurmaq istəyirlər. Əhali bunu istəyir. Xalqa imkan vermək lazımdır ki, təbii inkişaf yolu ilə getsin”.

Q.Həsənquliyev bildirib ki, ABŞ, Almaniya və digər ölkələr kimi biz də hərbi kontingentimizi Əfqanıstandan çıxarmalıyıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam