Redaktor seçimi
Anar Əlizadə Abromoviçin də yaxtasını Türkiyədə gizlədib -
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Günün xəbəri

Ümumdünya Vəhşi Təbiət Fondu -Oxçuçay fəlakətini araşdıracaq

Ümumdünya Vəhşi Təbiət Fondu Oxçuçay fəlakətini araşdıracaq

Ümumdünya Vəhşi Təbiət Fondu (World Wildlife Fund) ölkəmizin ərazisindən keçən Oxçuçayda Ermənistan və Almaniya şirkətlərinin törətdiyi fəlakətli vəziyyətlə əlaqədar İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının müraciətinə cavab verib.

Yenixeber.org: Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fondun təmsilçisi Kimberli Danielsin imzası ilə Koordinasiya Şurasına ünvanlanan məktubda bu problemlə əlaqədar informasiya təqdim edildiyinə görə minnətdarlıq bildirilib. "Ümumdünya Vəhşi Təbiət Fondunun missiyası təbiəti qorumaq və Yer kürəsində həyatın müxtəlifliyinə ən ciddi təhlükələri azaltmaqdır. Baxışımız insanların təbiətlə harmoniyada yaşadığı bir gələcək qurmaqdır".

Qeyd edilib ki, soydaşlarımız bu mövzuda ediləcək hər hansı bir iş barədə məlumatı fondun 

www.worldwildlife.org

 internet ünvanından tapa bilərlər: "Bu məsələ üzərində işləyiriksə, yenilənmələr üçün veb saytımızı mütəmadi olaraq yoxlamağınızı rica edirik. Dünyanın qorunması işinə sadiqliyinizə görə təşəkkür edirik! Birlikdə dünyanı yaxşılığa doğru dəyişə bilərik".

Qeyd edək ki, Ümumdünya Vəhşi Təbiət Fondunun yalnız Twitter səhifəsində bir milyondan çox izləyicisi var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam