Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İŞİD NATO qoşunlarının Əfqanıstanda tərk etdiyi əraziləri tutur”

“Rusiya İŞİD terrorçu qruplaşmasının Əfqanıstanın şimalında güclənməsindən narahatdır”.

Yenixeber.org: Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

"Bu bizi narahat edir. Bir sıra rəsmi şəxslərin Kabildəki məsuliyyətsiz davranışları, NATO qoşunlarının Əfqanıstandan tələsik şəkildə çıxarılması şəraitində İŞİD-çilər fəal şəkildə Əfqanıstanın şimalında, bizə müttəfiq olan ölkələrin sərhədindəki əraziləri tutur”, - Rusiya XİN başçısı bəhreynli həmkarı Abdel Latif əz-Zeyni ilə birgə mətbuat konfransında bildirib.

S. Lavrov ölkəsinin Mərkəzi Asiya dövlətlərinin etibarlı müdafiəsi üçün bu məsələ ilə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında məsləhətləşmələr apardığını söyləyib: “Biz həm ikitərəfli kanallarla, həm də KTMT çərçivəsində məsləhətləşmələr aparırıq ki, Mərkəzi Asiyada olan qonşularımızı birbaşa və çox ciddi təhlükədən etibarlı müdafiə edək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam