Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Fərid Şəfiyev Almaniya səfirinə cavab verib: -"Fikirləri qəbuledilməzdir"

Fərid Şəfiyev Almaniya səfirinə cavab verib: Fikirləri qəbuledilməzdir

"Almaniyanın Azərbaycandakı səfirinin Ermənistandan Azərbaycana axan Oxçuçayın çirklənməsində Almaniyanın "CRONIMET Holding GmbH" şirkətinin iştirakına dair media sorğusuna cavabı qəbuledilməzdir. Bu şirkət illərlə bölgədə yatağa sahib olaraq istismar edib, ətraf mühitin çirklənməsinə görə məsuliyyət daşıyıb və hazırda da daşıyır".

Yenixeber.org: Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

O bildirib ki, Almaniya qanunlarına əsasən bənzər hallarla əlaqədar şirkətlər sərt şəkildə məsuliyyətə cəlb ediləcəklər: "Beynəlxalq media illərdir, bu məsələni qaldırır. Erməni rəsmiləri də Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra ətraf mühitin çirklənməsinə görə narahatlıqlarını ifadə edib. Məsələdə adı çəkilən Ermənistanın Zəngəzur Mis-Molibden Kombinatı (burada Zəngəzur adı da diqqəti çəkir) Ermənistanın keçmiş prezidenti Serj Sarkisyana bağlılığı ilə tanınıb. Bu kimi əməliyyatlar tək Azərbaycanda deyil, Ermənistanda da ciddi fəsadlara səbəb olur. Bir sözlə, ətraf mühit problemlərinə laqeyd yanaşma regiona mənfi təsir edir. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi bir neçə ay öncə keçmiş işğal olunmuş ərazilərdə mövcud olmuş eyni problemlə bağlı ətraflı tədqiqat hazırlayıb. Nəticə etibarı ilə bütün bunlar Ermənistanın özünə də təsirsiz ötüşməyəcək. Problemi beynəlxalq səviyyədə əməkdaşlıq etməklə tamamilə həll etmək mümkündür. Almaniya məsuliyyətdən boyun qaçırmaq əvəzinə, problemin qəti həlli üçün addım atmalıdır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam