Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 Fərid Şəfiyevin işçilərin hesabına dünyanı gəzir... -İDDİA

 


Fərid Şəfiyevin işçilərin hesabına dünyanı gəzir...
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əməkdaşları 5 aydır ki, maaaşlarını ala bilmir.
Yenixeber.org: Bu barədə saytımıza özəl mənbələrdən daxil olan məlumatda bildirilir. İşçilər maaş ala bilməsə də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev hər ay xaricə səfərlər edir, bahalı otellərdə qalır və bütün bu xərclər Mərkəzin hesabından ödəlnilir.

Qeyd edək ki, SAM ləğv ediləndən sonra prezident sərəncamı ilə bu qurumların yerinə iki publik hüququi şəxs yaradıldı. Bu qurumlardan biri də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir. Mərkəz Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin inzibatı binasında yerləşir. SAM-ın əməkdaşları həmin qurumda işlə təmin olunublar. Baxmayaraq ki, SAM-ın keçmiş əməkdaşları beş aydır işə çıxırlar, hələ bu günə kimi Mərkəzin əməkdaşları əmək haqqı ala bilməyiblər.

İşçilər iddia edirlər ki, büdcədən Mərkəzə vəsait ayrılıb və Nazirlər Kabineti həmin vəsaitin sözügedən qurumun hesabına köçürülməsini təmin edib.

“Qurumun fəalıiyyətində şəffaflq olmadığından ayrılan vəsaitin hara və necə xərcləndiyi barədə bir söz deyə bilmərik. Ancaq fakt ondan ibarətdir ki, Mərkızin idarə heyətinin sədri Fərid Şəfiyev dövlət vəsaitinin hesabıan tez-tez xarici ölkələrə işgüzar səfərlər edir. Bahalı otellərdə yaşayır. Əməkdaşlar isə maaşsız qalır”, deyə redaksiyamıza daxil olan müraciətdə bildirilir.

Qeyd edək ki, Fərid Şəfiyev sözügedən Mərkəzə rəhbər təyin edilməmişdən əvvəl ölkəmizin Çexiyadakı fövqəladə və səlahiyyətli səfiri olub. Mediada gedən və cənab Şəfiyev tərəfindən hələ ki, təkzib olunmayan məlumatlara görə, onun adı çəkilən Avropa ölkəsində böyük biznesi şəbəkəsi var. Söhbət təbii ki, son zamanlar Azərbaycanda gündəm mövzu olan dövlət məmurunun büdcə pulları hesabına xaricdə yaratdıqları biznesdən gedir...(pia.az)

Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam