Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

COVID pasportunuz yoxdursa, toyda cərimələnə bilərsiniz? -AÇIQLAMA

COVID pasportunuz yoxdursa, toyda cərimələnə bilərsiniz? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, iyulun 1-dən ölkəmizdə toylara icazə veriləcək. Toyların şərtləri belədir ki, 50 nəfərlə toy edirsinizsə, sizdən COVİD pasportu tələb olunmayacaq. Eyni zamanda, 50 nəfərlik toylarda maska zərurəti yoxdur. 150 nəfərlik toylarda isə həm maska, həm də COVİD pasportu tələbi olacaq. Masa kənarında oturan zaman maskadan istifadə olunmaya bilər. Bəs restoranlarda pasportun yoxlanması necə tənzimlənəcək?

Yenixeber.org: Məsələ ilə bağlı açıqlama verən Bakı şəhər BPİ Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib ki, qərara görə, "Operativ Qərargahın verdiyi qaydalara əməl etməyənlər cərimələnəcək:

"Restoranlarda yoxlama prosesinə restoran inzibatçıları, toy sahibləri nəzarət edəcək. Polis, Daxili İşlər Nazirliyi, Dövlət Vergi Xidməti və Qida Təhlükəsizliyi Agentliyinin birgə yaratdığı monitorinq qrupları yoxlama aparacaqlar. Bu proses icazə verilən restoranlarda toya 5 gün qalmışdan tənzimlənməyə başlanılacaq. Yoxlanma zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu qaydalara əməl etməyənlər cərimələnəcəklər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam