Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Həyət toyları necə keçiriləcək? -Rəsmi cavab (VİDEO)

Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150 nəfərə qədər şəxsin iştirakı mümkün deyil. Bu cür məclislər yalnız 50 nəfər üçün nəzərdə tutulub.

Elşad Hacıyevin sözlərinə görə, həyatyanı sahədə keçirilən məclislərdə hər hansı bir qanun pozuntusu qeydə alınarsa, həm toy yiyəsi, həm də qonaqlar cərimələnəcəklər.

Vətəndaşlar isə deyirlər ki, hazırda restoranlar menyuları çox baha qiymətə qoyublar. Əvvəllər 30-40 manata olan menyu indi 60-70 manata və daha baha qiymətə təklif olunur. Ona görə də hazırkı məqamda bütün şərtləri qəbul edib, həyətyanı sahədə toy etmək daha sərfəlidir.

Qeyd edək ki, bu məclislər üçün başqa heç bir məhdudiyyət nəzərdə tutulmayıb. Lakin qonaqlar sıxlıqdan çəkinməli, pandemiya qaydalarına maksimum əməl etməlidirlər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam