Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Toyların dayandırılması demoqrafik baxımından təhlükəlidir" –Deputat


"Əvvəlki aylarda olduğu kimi 500 nəfərin bir-birinin yanında oturması və nəfəs alması yoluxma baxımdan təhlükəlidir. Buna görə toylarda say məhdudiyyəti mütləqdir".

Yenixeber.org: Bu sözləri açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib. 

Onun sözlərinə görə, koronavirusa yoluxmanın genişlənməməsi bizim özümüzdən asılıdır: "Koronavirusun əsas 3 şərtinə əməl etmək mütləqdir. Bunlar tibbi maskadan istifadə, ara məsafəsini saxlamaq və gigiyena qaydalarına riayət etməkdir. Bundan əlavə məhdud sayda insanın toplaşması da əsas şərtlərdəndir. Bizim vətəndaşlarımız bu şərtlər altında öz toyları və yaslarını keçirməyə hazırdırlarsa, qadağalar nisbətən aradan götürülə bilər.

Toyların dayandırılması demoqrafik baxımından da təhlükəli haldır. Statistikalar onu göstərir ki, son 7-8 ayda toyların dayandırılması bir ildən sonra doğum sayının azalmasına da səbəb ola bilər. Burada bir-birinə bağlı çoxlu nüanslar var. Həm insani, həm sosial, həm də iqtisadi məsələr nəzərə alınmaqla toyların keçirilməsinə qoyulan qadağa ilə bağlı qərar veriləcək.

Burada digər vacib məsələ hüquqların qorunmasıdır. Misal üçün bir nəfər toy edəcəksə, digərinin sağlamlığı təhlükə altına atıla bilməz. Toyların keçirilməsinə icazə verildiyi halda oraya toplaşan 100-200 nəfər virusa yoluxacaqsa, bu da böyük təhlükədir".

Deputat qeyd etdi ki, məhdud sayda, ara məsafəsi gözlənilməklə, masalar arasında məsafə saxlanılmaqla, qısa müddətdə və maskadan istifadə ilə toyların keçirilməsinə qoyulan qadağanı aradan qaldırmaq olar: "Toy məclislərində maska ilə qonaqların oturması bir az müəmmalı görünür. Əgər bu, vacib olarsa, toy sahibinin xətrinə maska ilə getmək də olar. Hər-halda bu gün kafe və restoranlarda da məhdud sayda insanın oturmasına icazə verilir. Toylarda iştirak edən insanların sayı da nisbətən az olmalıdır ki, yoluxma ilə bağlı problemlər yaşanmasın.

Bu gün əhəmiyyətli beynəlxalq toplantılar belə keçirilmir. Çünki həmin toplantılarda 30-40 nəfərin bir araya gəlməsi olur. Milli Məclisin iclasları da deputatların bir-birindən aralı oturması və təmassız şəkildə baş tutmuşdu. Buna səbəb koronavirus qaydalarına riayət etməkdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam