Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paşinyandan xəbərdarlıq-vətəndaş müharibəsini istəyənlərlə bağlı

 

Paşinyandan ölkədə vətəndaş müharibəsini istəyən qüvvələrlə bağlı xəbərdarlıq

Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

Yenixeber.org: Bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.

Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

Ermənistan parlamentinə növbədənkənar seçkilər 20 iyunda, ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam