Paşinyanın partiyası qalibdir-53,9 %-lə
Ermənistanda bu gün yerli vaxtla saat 08:00-a olan məlumata əsasən Mərkəzi Seçki Komisisyası (MSK) dünən keçirilən növbədənkənar parlament seçkilərində səslərin 97,8 %-ni hesablayıb. Bu göstəricilər 2 008 seçki məntəqəsinin 1 945-nin nəticələridir.
Yenixeber.org: Bu barədə erməni saytları xəbər yayıb.
MSK-nın məlumatına görə, baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 53,9 % (667 302 səs) toplayıb. Keçmiş prezident Robert Köçaryanın rəhbəri olduğu "Ermənistan" blokuna isə seçicilərin 20,8 %-i (256 887 nəfər) səs verib. Seçicilərin 64 534 nəfəri, yaxud 5,2 %-i “Şərəf duyuram” blokuna, 49 081 nəfəri və ya 4 %-i “Çiçəklənən Ermənistanı dəstəkləyib.
Ermənistanda növbədənkənar parlament seçkiləri ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətdən sonra uzun müddət davam edən daxili ictimai-siyasi böhran fonunda keçirilib. Seçkilərdə bir sıra qanun pozuntuları, hətta silahlı insident - atışma qeydə alınıb. Ermənistanın Baş Prokurorluğu quruma seçki pozuntuları ilə bağlı 319 məlumatın daxil olduğunu açıqlayıb. Öz növbəsində İstintaq Komitəsi də xeyli sayda qanun pozuntusunun aşkarlandığını bildirib. Seçkilərdə qeydə alınmış qanun pozuntuları ilə əlaqədar bir neçə cinayət işi qaldırılıb. Ölkə müxalifəti seçkilərin nəticələri ilə razılaşmadığını bildirib.
Səsvermələr seçki fəallığının aşağı olması ilə seçilib. Ermənistan tarixindəki ikinci növbədənkənar parlament seçkilərində 21 partiya və 4 blok iştirak edib.
Beləliklə, parlamentə yalnız ilk iki yeri tutan, 7 faizlik baryeri aşan partiyalar daxil olur.