Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Köçəryan Paşinyanın çəkicinə oraqla cavab verəcək-FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini əlində çəkic yelləyib hədələdiyi bir vaxtda keçmiş prezidenti Robert Köçəryanın Vardenisdə seçicilərlə görüşü zamanı iştirakçılardan biri ona oraq hədiyyə edib.

Yenixeber.org: Həmin şəxs bildirib ki, oraq və çəkic haqda hamıya məlumdur. Çəkic korlamaq, vurub dağıtmaq alətidir, oraq isə kənd təsərrüfatı alətidir.

 “Mən çəkicə qarşı oraq gətirmişəm. Onu sizə bağışlayıram ki, kənd təsərrüfatını bərpa edəsiniz, siyasi alaq otlarını biçəsiniz”,-vardenisli kəndli Robikə bildirib.

 

 Köçəryan çəkici götürüb, etiraf edib ki, aləti görəndə əvvəlcə qorxub. “Fikirləşdim ki, bu axtalama alətidir? Xoşbəxtlikdən, yox. Onu təyinatı üzrə istifadə etməyə söz verirəm”,-Köçəryan deyib.

 Bundan əvvəl Köçəryan demişdi ki, Paşinyanın çəkicinə cavab olaraq əlinə hansısa alət almağa hazırlaşmır, çünki onun yumruğu “çəkic kimi möhkəmdir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam