Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Seçkidən sonra güclü toqquşmalar olacaq -Ermənistanda SENSASİYA

Seçkidən sonra güclü toqquşmalar olacaq - Ermənistanda SENSASİYA

Ermənistanın keçmiş prezidenti və müxalif “Erməni Milli Konqresi” partiyasının lideri Levon Ter-Petrosyan iyunun 20-də səsvermədən sonra güclü toqquşmaların başlayacağını deyir. Ter-Petrosyan bu haqda İctimai televiziyaya müsahibəsində danışıb.

Yenixeber.org: O deyir ki, siyasi qüvvələr və onların tərəfdarları arasında qarşılıqlı təhqirləri, eskalasiyanı dayandırmaq artıq mümkün deyil. “Bunlar hələ harasıdır. Bu, misli görünməmiş kampaniyadır, heç vaxt bu cür nifrət və bu qədər təhqir olmamışdı. Sərt diskussiya olmuşdu, amma bu səviyyədə yox”, - Ter-Petrosyan əsasən Robert Köçəryanla Nikol Paşinyan arasında gedən mübarizəni şərh edərkən bildirib.

Keçmiş prezident əmindir ki, bu eskalasiyanın təsirləri səsvermə günü və ondan sonra özünü göstərəcək. Onun sözlərinə görə, Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası və Robert Köçəryanın “Ermənistan” bloku böyük maliyyə, inzibati və kriminal resurslara sahibdirlər. Və onlar həmin resurslardan istifadə edəcəklər.

“Onlar üçün bu mübarizə yaşam uğrunda deyil, ölüm uğrunda mübarizədir. Və səsvermə zamanı bəzi toqquşmalar olacaq, daha sonra səslərin sayılması zamanı. Ondan sonra isə daha güclü toqquşmalar. Onlar artıq böyük mitinqlər haqda elan veriblər”, - Ter-Petrosyan bildirib.

Qeyd edək ki, Paşinyan son günlər öz rəqiblərini “başlarını çəkiclə əzməklə” hədələyib. Belə ki, seçicilərlə görüşlərdən birində tərəfdarlarından biri Paşinyana çəkic verib və həmin çəkiclə seçkidən sonra “korrupsionerlərin başını əzməyi” istəyib. Paşinyan həmin çəkici seçki mitinqlərində nümayiş etdirir və deyir ki, seçkilərdə qalib gələrək xalqdan “dəmir mandat” alacaq və hazırda ona qarşı çıxanların başını çəkiclə əzəcək. Hərçənd o, çəkici birbaşa müxalifətçilərin başına endirmək barədə danışmasa da bunun “qanunun gücünün rəmzi” olaraq istifadə ediləcəyini deyir.

Robert Köçəryandan isə Paşinyanın çəkici haqda soruşanda o deyib ki, əlinə çəkic almağa ehtiyac görmür. Çünki yumruğu kifayət qədər güclüdür. Və Köçəryan deyib ki, onun hökuməti çəkici ancaq inşaat üçün istifadə edəcək.

Son rəy sorğularına görə Köçəryanla Paşinyanın reytinqi təxminən bərabərdir və hesab edilir ki, Paşinyan inzibati resurslardan istifadə edərək onu üstələməyə çalışacaq. (virtualaz.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam