Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Laçına sızan erməni diversant qrupunun HƏDƏFİ: -Ermənistan nə əldə etmək istəyir?

Laçına sızan erməni diversant qrupunun HƏDƏFİ: Ermənistan nə əldə etmək istəyir?

Laçın ərazisində Ermənistanın kəşfiyyat-diversiya qrupunun qarşısını alındı, qrupun üzvlərindən Artur Kartanyan saxlanılıb.

Yenixeber.org: Rəsmi məlumatda iki məqam diqqət çəkir: təxribat diversiya-kəşfiyyat qrupu tərəfindən törədilib; qrupun tapşırığı ərazilərimizi minalamaq olub.

Bu, kəşfiyyat-diversiya qrupunun hədəfinin təkcə ərazilərimizi minalamaq olmadığı ehtimalını önə çıxarır. Rəsmi məlumatda “ilkin araşdırmalara görə, tapşırığın minalamaq olduğu” qeydi də bunu deməyə əsas deyil. Kartanyanın danışdırılması digər tapşırıqları da ortaya çıxara bilər.

İstisna deyil ki, kəşfiyyat-diversiya qrupunun Azərbaycan hərbçilərindən əsir götürmək tapşırığı da olub.

Ermənistan hakimiyyətinin seçkiöncəsi buna nail olmaq istədiyi şübhəsizdir:

- Əsir götürməklə Azərbaycanın saxladığı erməni diversantlarla dəyişdirmək istəyir;
- Seçkiöncəsi saxlanılan erməni diversantların “qisasını” almaq, cəmiyyəti kiçik də olsa qələbəyə kökləmək və diversantların qaytarılmasına ümidləri artırmaq istəyir;

“Gallup”un son sorğusu da təsdiqləyir ki, erməni cəmiyyəti üçün indi ən vacib məsələ “sərhədlər və əsirlər”dir. Paşinyan hakimiyyəti seçkidən öncə bu prioritetlər üzərindən qazanmaq niyyətindədir.

Diversiyanın qarşısını alındı və ermənilər “ova gedərkən, ovlandı”. Hərçənd, təxribatlar davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam